Məlum olduğu kimi, deputat Günay Ağamalı efirdə deyib: “Uşaqpulu tənbəllik yarada bilər. Dövlət uşaqpulu versə, valideynlər işləməyəcək. Ailədə atanın işləməsi kifayət edir”. Və o, sosial mediada sərt tənqid edilməkdədir…
Bu arada RealTV- nin rəhbəri Mirşahin Ağayev isə deputın müdafiəsinə qalxdı. Sitat: “…Üzümü şəbəkə naqqallarına tuturam:
-Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya dü nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”.
Paralel olaraq Mirşahin Ağayev də sosial mediada eyni qaydada sərt tənqid edilməkdədir…
Səbuhi