Modi Trampla görüşməyi səbirsizliklə gözləyir

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla görüşü səbirsizliklə gözlədiyini bildirib.

Onun sözlərinə görə, “Hindistan və ABŞ yaxın dost və təbii müttəfiqdir”. “Komandalarımız bu müzakirələri (ticarət danışıqları) mümkün qədər tez başa çatdırmaq üçün çalışırlar. Mən də prezident Trampla görüşməyi səbirsizliklə gözləyirəm. Biz xalqlarımızın daha parlaq və firavan gələcəyini təmin etmək üçün birlikdə çalışacağıq”, – Tezadlar.az xəbər verir ki, Modi sosial şəbəkəsindəki səhifəsində Amerika liderinin ABŞ və Hindistanın ticarət maneələri üzrə danışıqları davam etdirməsi ilə bağlı bəyanatını şərh edərkən yazıb.

Hindistanın baş naziri iki ölkə arasında ticarət danışıqlarının “Hindistan-Amerika tərəfdaşlığının sərhədsiz potensialını açacağına” əmin olduğunu bildirib.

Bundan əvvəl Tramp “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, Vaşinqton və Yeni Dehli ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirirlər və yaxın həftələrdə iki ölkə liderləri arasında təmaslar baş tutacaq.

Avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar ona 25% əlavə rüsum tətbiq edib. Beləliklə, Hindistan əmtəə və xidmətlərinin idxalı tarifləri 50%-ə qədər artırılıb. Hindistan Xarici İşlər Nazirliyi bu hərəkətləri ədalətsiz adlandırıb.

Tərəflər fevral ayında Modinin Vaşinqtona səfərindən sonra tammiqyaslı ticarət sazişi üzrə danışıqlara başlayıblar. Hindistan və ABŞ 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini iki dəfə artıraraq 500 milyard dollara çatdırmağa çalışırlar. Sənədin payızda imzalanması planlaşdırılırdı. Hindistan nümayəndə heyəti danışıqların növbəti mərhələləri üçün bir neçə dəfə Vaşinqtona səfər edib. Amerika nümayəndə heyətinin avqustun 25-nə planlaşdırılan altıncı raund üçün respublikaya səfəri ləğv edilib.

E.ŞİRİNOV

Xəbəri paylaş