Moldova müxalifəti etiraz aksiyaları keçirmək niyyətindədir

“Qələbə” bloku öz hərəkətlərini müzakirə etmək və moldovalıları seçkilərdən sonra etiraz aksiyaları keçirməyə çağırmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bunu müxalifət blokunun lideri İlan Şor deyib.

“Bəli, biz etirazlara çağıracağıq. Biz aydın başa düşürük ki, yaxın bir-iki gün ərzində həmkarlarımızla fəaliyyət planını müzakirə edəcəyik, bundan sonra seçicilərimizə müraciət edəcəyik”, – İlan Şor aydınlıq gətirib.

Xəbər verdiyimiz kimi, dünən Moldovada parlament seçkiləri keçirilib. Onlardan əvvəl Mərkəzi Seçki Komissiyası müxalif “Qələbə” blokunu və “Böyük Moldova” partiyasını qeydə almaqdan imtina edib.

Səsvermə bülletenləri hesablandıqdan sonra prezident Maya Sandunun hakim “Hərəkət və Həmrəylik” partiyası səslərin 50%-dən çoxunu toplayıb və parlamentdə çoxluğu təmin edib. Sabiq prezident İqor Dodonun “Vətənpərvərlər Bloku” ikinci yerdə qərarlaşıb. İlk üçlüyü “Alternativ” partiyası tamamlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş