Əsas məzmuna keç

MOLDOVA RUSİYADAN QAZ ASILILIĞINDAN CANINI QURTARDIĞINI ELAN ETDİ

Ölkəsi adına bu şad xəbəri baş nazir açıqlayıb.

Belə ki, Moldovanın  baş naziri Dorin Reçen Buxarestdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Moldovanın Rusiyanın enerji təchizatından 100% asılı olub.

“Moldova artıq Rusiya qazına ehtiyac duymur, o, həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub”, – bildirib.

Bundan əlavə, siyasətçi qeyd edib ki, Rusiya işğalı başlayandan Moldova hərbi büdcəsini iki dəfə artırıb.

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…