Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moruq damarları qorumağa və orqanizmdəki iltihabı azaltmağa kömək edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Nutrients” jurnalında dərc olunub.
Moruğun tərkibindəki aktiv maddələr, xüsusilə antosianlar və polifenollar, iltihabla əlaqəli genlərin fəaliyyətini zəiflədir. Onların arasında IL-6, IL-1β, TNF-α və NF-κB genləri də var. Bu maddələr hüceyrə səviyyəsində təsir göstərərək iltihabi reaksiyaların qarşısını alır və damarların maddələr mübadiləsini yaxşılaşdırır.
Alimlərin fikrincə, bu təsir ürək və damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Tədqiqat həmçinin göstərib ki, moruq ekstraktı damarların daxili qatını, yəni endoteli qoruyur və onun zədələnməsinin qarşısını alır. Bu, xüsusilə ateroskleroz və digər qan dövranı problemlərində vacib hesab olunur.
Tədqiqatçılar hesab edirlər ki, moruğu və ya polifenolla zəngin moruq ekstraktlarını müntəzəm qəbul etmək aterosklerozun ilkin mərhələlərinin və xroniki iltihabla bağlı digər xəstəliklərin inkişafını ləngidə bilər.