Əsas məzmuna keç

Moskva səmasında tüstü qalxır: 1600 dronla şok hücum!

Ukrayna Rusiya parlament seçkilərinin son günündə 1600 dron və ilk dəfə olaraq yerli istehsal olan “Pelikan” ballistik raketlərindən istifadə edərək Moskvaya və ətraf ərazilərə genişmiqyaslı hava hücumu təşkil edib. Hücumda iki mülki şəxs həyatını itirib, Moskvanın yanacaq ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edən Kapotnya neft emalı zavodu və istilik elektrik stansiyası ağır ziyan görüb.

Tezadlar.az xəbər verir ki, Ukrayna ordusu Rusiya parlament seçkilərinin son günündə Moskvaya ilin ən böyük hava hücumunu təşkil edib. Səhər tezdən seçki məntəqələrinə getməyə hazırlaşan Moskva sakinləri gözlənilməz bir günlə oyanıblar.

Əvvəlki gecə baş verən hücumda Ukrayna 1600 dron və ilk dəfə olaraq “Pelikan” ballistik raketindən istifadə etdi. Hücum nəticəsində Moskvaya yanacaq tədarük edən “Kapotnya” neft emalı zavodu zərbələrə məruz qalıb və alovlar içində qalıb və iki mülki şəxsin həyatını itirdiyi açıqlanıb.

NEFT EMALI VƏ ANBAR MÜƏSSİSƏLƏRİNƏ ZƏRBƏ VURULUB

Moskva meri Sergey Sobyanin səhər tezdən paytaxta doğru Ukrayna dronlarının dəstələrinin müşahidə olunduğunu bildirib. Hava hücumundan müdafiə sistemləri atəş açaraq Moskvanı və ətrafını müharibə zonasına çevirib. Bəzi pilotsuz uçuş aparatları müdafiə xəttini pozaraq Moskvanın benzin və dizel yanacağına olan ehtiyacının 40%-ni təmin edən “Qazprom”a məxsus “Kapotnya” neft emalı zavoduna zərbə endirib.

Şahidlər tərəfindən çəkilən və sosial mediada paylaşılan görüntülər nəhəng obyektə ciddi ziyan dəydiyini göstərir. Eyni neft emalı zavodu 18 iyunda zərbələrə məruz qaldıqdan və istehsalı dayandırdıqdan sonra bu yaxınlarda yenidən fəaliyyətə başlayıb. Hücum həmçinin Moskva bölgəsində hərbi sənaye obyektləri olan Orehovo-Zueyo şəhəri yaxınlığındakı istilik elektrik stansiyasını da hədəfə alıb. Dronlardan partlayış səsləri eşidilib və 22 nömrəli istilik elektrik stansiyasına ziyan dəydiyi iddia edilir. Moskva bölgəsində bəzi dronların yaşayış binalarına zərbə endirməsi nəticəsində iki mülki şəxs həlak olub.

ZELENSKİNİN VURDUĞU NEFT EMALI VƏ ANBAR MÜƏSSİSƏLƏRİ BARƏDƏ SİQNAL VERMİŞDİ

Moskvaya hücumdan əvvəl Zelenski Kiyevdə hərbi liderlərlə görüşdə “Rusiyanı sülhə razı salmaq üçün uzunmənzilli əməliyyatlarımızı sürətləndirəcəyik” deyib. Hücumdan sonra o, “Dünən gecə Moskva və ətrafı uzunmənzilli cavab tədbirlərimizi çox yaxşı hiss etdi” deyib. Zelenski neft emalı zavodunun və Rusiya hərbi logistika anbarlarının məhv edildiyini və hücumda müxtəlif dronların, eləcə də ilk dəfə olaraq yerli istehsal olan Pelikan ballistik raketlərinin iştirak etdiyini bildirib.

Ukraynanın kütləvi istehsalına başladığı Pelikan raketləri 200 və 855 km mənzilli iki modeldə təqdim olunur. Uzaqmənzilli Pelikan raketləri 200 kq-lıq döyüş başlığı daşıya bilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…