Bu dəqiqələrdə Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də məlumat yayıb. Məlumatda qeyd edilir ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub. Bu barədə bütün sərnişinlərə xəbərdarlıq göndərilib.
Səbəb Ukrayna dronlarının Moskvaya hücumudur.
A.Məmmədli







