7 İyul 2026 / 07:20

Moskvaya yaxınlaşan 36 Ukrayna dronu vurulub, amma…

Ukrayna Rusiyanın Kiyevi raket atəşinə tutmasına cavab olaraq Ukraynadan təkcə bazar ertəsi axşamından çərşənbə axşamı səhər saat 6-ya qədər Moskva bölgəsinə doğru 430-dan çox dron uçub. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat yayıb. Sobyanin dronlardan əksəriyyətinin uzaq məsafədən hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini, Moskvaya yaxınlaşarkən isə 36 dronun vurulduğunu bildirib. Sitat: “Bazar ertəsi axşamından səhər saat 6-ya qədər Moskva bölgəsinə 430-dan çox dron uçub. Onların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən 36 düşmən dronu məhv edilib”.

Bununla belə, Ukrayna dronları ötən gün Rusiyanın sonuncu ən böyük neft emalı zavoduna zərbə endirib.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!