Əsas məzmuna keç

MSK Milli Məclis seçkilərində səslərin 50%-dən çoxunu saydı: Paşinyanın partiyası öndədir

Ermənistan Mərkəzi Seçki Komissiyası Milli Məclis seçkilərində səslərin 50%-dən çoxunu sayıb.

Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2005 seçki məntəqəsindən 1029-dan səslərin sayılmasına əsasən, aparıcı siyasi qüvvələr aşağıdakı nəticələrə malikdir:

Vətəndaş Müqaviləsi — 51,71%

Güclü Ermənistan Bloku — 23,2%

Ermənistan Bloku — 9,33%

Çiçəklənən Ermənistan Partiyası — 4,29%

Qalan partiyalar hələ 4% həddini keçə bilməyiblər.

Səsvermədə ümumilikdə 1.224.957 nəfər iştirak edib. Seçkilərdə on altı partiya və iki blok iştirak edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…