Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 15:22

“Muamma-Cenin-i-Cin” filminin möhtəşəm Qala gecəsi keçirildi – FOTOLAR

Bakıda Türkiyə istehsalı olan “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsi keçirildi.

Tezadlar.az  xəbər verir ki, fevralın 17-də “Alov qüllələri”nin (“Flame Towers”) kino pavilyonunda baş tutan “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsində filmin Azərbaycan üzrə baş kordinatoru Yalçın Çoban,  rejissoru Bülent Terzioğlu, aktrisa Sebahat Adalar, Azərbaycandan və Türkiyədən dəvət olunmuş məşhur şəxslər, jurnalistlər, sənət adamları, ictimaiyyət nümayəndələri iştirak edirdilər…

Xəbər verdiyimiz kimi, filmdə  Sebahat Adalar, Özcan Varaylı, Elif Baysal, Gürkan Erduvan, Emre Coşkun, Cengizhan Başak və digər aktyorlar rol alıblar.

Filmdə bir ailənin başına gələn qeyri-adi hadisələrdən bəhs edilir.

Belə ki, sakit bir kənddə yaşayan Bayram, həyat yoldaşı Gül və oğulları Əli evlərində başlayan qorxunc paranormal hadisələrlə üzləşirlər. Hadisələrin kökü Bayramın gəncliyində etdiyi ağır günaha və illər sonra intiqam üçün geri qayıdan Həcərin qara sehrinə – mollaya etdirdiyi cadusuna dayanır. Qadağan olunmuş ritual ailəni tədricən məhv edir və geri dönüşü olmayan faciələrə səbəb olur. Keçmişlə üzləşən Əli bu lənəti dayandırmaq üçün qorxularının üzərinə getməli olur. Film günah, intiqam və qurtuluş mövzularını mistik qorxu atmosferində birləşdirir.

“Muamma-Cenin-i-Cin” filmi sadəcə bir qorxu filmi deyil, həm də cəmiyyətə bir mesajdır: bir gün bu həyatda kiməsə çox ağır bir pislik etmisənsə, dönüb- dolaşıb ayağına sarılacaq! Möhtşəm aktyor heyətindən təşkil olunmiş qeyri-adi hadisələrlə zəngin olan bu filmi izləməyə dəyər.

 

Y.Məmmədli

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!