Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tezadlar.az xəbər verir ki, müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Müsahibələrdə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak ediblər. 4-7 aprel tarixlərini əhatə edən müsahibə mərhələsində ümumilikdə 1922 nəfər iştirak edib və müvafiq komissiya tərəfindən onların peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılıb.
Qeyd edək ki, növbəti mərhələdə namizədlərin nəticələri emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.