Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 12:35

Müəllimlər ən aşağı gəliri olan qrupda deyillər -Nazir “yazıq müəllim” stereotipindən danışdı

“Müəllim yazıq deyil, peşəkar insandır”.

Tezadlar.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırarkən sertifikatlaşdırma islahatının nəticələrinə həsr olunmuş sual-cavab sessiyasında deyib.

Nazir bildirib ki, müəllimlərin bir hissəsinin aylıq gəlirləri ölkə üzrə orta əməkhaqqından xeyli yüksəkdir və bu, təhsil sektorunda mövcud reallıqlardan biridir. Bu hal mənfi deyil, əksinə, peşənin iqtisadi baxımdan da cazibədarlığını göstərən göstəricidir.

Emin Əmrullayev qeyd edib ki, cəmiyyətdə uzun illər formalaşmış “yazıq müəllim” stereotipi artıq dəyişməlidir. Nazir vurğulayıb ki, müəllimlər peşəkar, bacarıqlı və qürurlu insanlardır və onların bu cür təqdim olunması doğru yanaşma deyil.

Onun sözlərinə görə, müəllimin özünü “yazıq” kimi görməsi həm onun fəaliyyətinə, həm də yetişdirdiyi gələcək nəslə mənfi təsir göstərə bilər. Nazir əlavə edib ki, təhsil işçilərinin özlərinə inamlı və dəyərli yanaşması vacibdir.
Emin Əmrullayev bildirib ki, müəllimlər cəmiyyət üçün mühüm və şərəfli missiya daşıyırlar və onların əməyinə həm maddi, həm də mənəvi baxımdan düzgün qiymət verilməlidir.

Nazir sonda qeyd edib ki, müəllimlərin əməkhaqqı ilə bağlı müzakirələr aparılsa da, ümumi mənzərə onların ölkə üzrə ən aşağı gəlir qrupunda olmadığını göstərir və bu məsələyə daha geniş statistik kontekstdən yanaşmaq lazımdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!