3 İyun 2026 / 09:12

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başladı

Bu gündən – iyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Tezadlar.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!