Əsas məzmuna keç

Müğənni Yuri Antonovun hesabları bloklanıb

Federal Vergi Xidməti (FVX) müğənni, bəstəkar və Rusiyanın xalq artisti Yuri Antonovun hesablarını bloklayıb.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə “Kontur.Fokus” avtomatik yoxlama xidmətinin məlumatlarına istinadən xəbər verir.

“İyulun 18-nə olan məlumata görə, FVX qərarları bəzi hesablar üzrə əməliyyatları qismən və ya tamamilə dayandırıb”, – materiallarda deyilir.

Sistemə görə, Antonov fərdi sahibkardır (FS). Əsas fəaliyyəti səhnə sənəti ilə bağlıdır. 1997-ci ilin iyulunda FS kimi qeydiyyatdan keçib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…