Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 11:51

Müharibə bitib, yoxsa şiddətlənib? İran ABŞ-ın hücumuna cavab verdi: 3 Körfəz ölkəsində xəbərdarlıq…

ABŞ ordusu Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hücumlar başlatdığını açıqladı. İran ABŞ-ın cənub bölgəsinə hücumlarına qarşı Körfəzdəki bazaları hədəf alaraq cavab verdiyini açıqladı. Bəhreyndə ABŞ-ın 5-ci Donanmasını və İordaniyadakı hava bazasını hədəf aldığını bildirdi. Bu arada Küveyt ölkəyə edilən hücum səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqladı.

Tezadlar.az bölgədən son xəbərləri təqdim edir…

3 KÖRFƏZ ÖLKƏSİNDƏ XƏBƏRDARLIQ

İran İnqilab Keşikçiləri Korpusu hücumlara cavab olaraq Bəhreyndə ABŞ-ın 5-ci Donanmasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb. Küveyt həmçinin ölkəyə edilən hücum səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

İRAN SİLAHLI QÜVVƏLƏRİ: BÖLGƏDƏKİ BƏZİ ABŞ BAZALARINA HÜCUMLARLA CAVAB VERİLİB

İran Silahlı Qüvvələri ABŞ-ın İranın cənubuna hücumlarına cavab olaraq bölgədəki bəzi ABŞ bazalarının “güclü hücumlarla” hədəfə alındığını açıqlayıb.

ABŞ hücumları ilə bağlı İran Silahlı Qüvvələrinin müharibə aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı tərəfindən açıqlama verilib.

Açıqlamada deyilir: “Terrorçu ABŞ ordusunun vertolyotlarının vurulması bəhanəsi ilə İranın cənubundakı bəzi ərazilərə təcavüzünə cavab olaraq, bölgədəki bəzi ABŞ bazaları güclü hücumlarla hədəfə alınıb”.

Açıqlamada həmçinin qeyd olunur ki, ABŞ təcavüzünü təkrarlayarsa, bölgədəki təyin olunmuş hədəflərə qarşı “daha ciddi və əhatəli” hücumlar həyata keçiriləcək.

ABŞ ordusu Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hücumlara başladığını açıqlamışdı. İran ABŞ hücumlarında iki su çəninin və bir rabitə qülləsinin hədəfə alındığını açıqladı.

“AXİOS”: ABŞ HÖRMÜZ BOĞAZI ƏTRAFINDAKI İRAN HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMLƏRİNİ HƏDƏF ALIB

ABŞ ordusunun Hörmüz boğazı ətrafında bəzi İran hava hücumundan müdafiə və radar sistemlərini hədəf aldığı iddia edilir.

Yüksək vəzifəli ABŞ rəsmiləri “Axios”-a ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı “əks-hücumlar”a başlaması ilə bağlı açıqlamalar veriblər.

Rəsmilər ABŞ ordusunun bəzi İran hava hücumundan müdafiə batareyalarına və radar sistemlərinə hücum etdiyini iddia ediblər.

Hücumların Hörmüz boğazı ətrafında həyata keçirildiyini iddia edən rəsmilər əməliyyatın əhatə dairəsi ilə bağlı detalları paylaşmayıblar.

CENTCOM-un İRANA QARŞI “ƏKS-HÜCUMLAR” BAĞLI BƏYANATI

CENTCOM ABŞ-a məxsus Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı əks-hücumlar həyata keçirməyə başladığını açıqlayıb.

Komandanlıq açıqlamasında bildirib ki, “CENTCOM dünən ABŞ-a məxsus Apaçi helikopterinin vurulmasına cavab olaraq, bu gün saat 17:00-da (ABŞ Şərq vaxtı ilə) Baş Komandanın (Donald Tramp) əmri ilə İrana qarşı özünümüdafiə hücumlarına başlayıb. Bu əməliyyat İranın əsassız təcavüzünə mütənasib cavabdır.”

ABŞ prezidenti Donald Tramp da ABŞ-a məxsus Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hücumlar həyata keçirdiklərini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!