16 İyul 2022 / 08:39

MÜHASİB İŞİ LAZIMSIZ OLACAQ?

“Mühasib işi 5 ildən sonra lazım olmaya bilər”.

 Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxışı zamanı deyib.

 O qeyd edib ki, bir ixtisası ömürlük seçmək artıq mümkün deyil:

 “Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir. Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!