Əsas məzmuna keç

Münhen “Bavariya”sı Konrad Laymerin satışına yaşıl işıq yandırdı

Almaniyanın “Bavariya” klubu futbolçusu Konrad Laymer ilə yollarını ayıra bilər.

Tezadlar.az “Bild” nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 28 yaşlı cinah müdafiəçisi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olsa da, oyunçunun maaş tələblərini qarşılamaq niyyətində deyil.

K.Laymer yeni mövsüm üçün 12-15 milyon avro istəyir. Klub rəhbərliyi avstriyalı oyunçunu yayda satmağa hazırdır.

Xatırladaq ki, Konrad Laymerin “Bavariya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 42 oyunda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…