Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya nəhəngi “Bavariya” qapıçı mövqeyini gücləndirmək üçün Türkiyəyə üz tutub.
Tezadlar.az xəbər verir ki, Münhen təmsilçisi “Qalatasaray”ın və Türkiyə milli komandasının qapıçısı Günay Güvənçlə yaxından maraqlanır.
Məlumata görə, alman klubu təcrübəli qolkiperi Manuel Noyerin yoxluğunda və ya ona alternativ kimi heyətinə qatmağı planlaşdırır. Almaniya futboluna yaxından bələd olan (Günay Güvənç Almaniya doğumludur) 32 yaşlı qapıçının transferi üçün artıq ilkin təmasların başladığı iddia edilir.
Xatırladaq ki, Günay Güvənç bu mövsüm “Qalatasaray”ın heyətində göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Transferin yaxın günlərdə rəsmiləşə biləcəyi gözlənilir.
Səbinə Bağırova