Əsas məzmuna keç

NAMƏLUM ŞƏXS AVTOBUSA VƏ AVTOMOBİLƏ ATƏŞ AÇIB

İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri öz Tvitter səhifəsində məlumat yayıb.

“Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atışma olub”, – məlumatda deyilir.

Avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıb və tibbi yardım üçün xəstəxanaya aparılıb.

Hadisə yerinə gələn əsgərlər şübhəliləri axtarır.

Lakin hadisə ilə bağlı ətraflı məlumat verilmir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…