Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Narkomaniya ilə mübarizə hardan başlanır? Bu sual hələ də çoxlarımızı düşündürür… “Narkoloji müalicə birmənalı olaraq könüllü aparılmalıdır”, -deyən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov bildirib ki, narkoloji müalicə anonim də ola bilər. Xəstənin məlumatları məxfi saxlanılır. İnsanlar adının qeydiyyata düşməsindən, cəmiyyətdə yayılmasından narahat olurlar. Ona görə də gedib qeyri-qanuni fəaliyyət göstərən reabilitasiya mərkəzlərinə müraciət edirlər. Heç maraqlanmırlar ki, oradakı müalicə metodu nə dərəcədə doğrudur? Ümumiyyətlə, reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir, dövlət nəzarəti olmalıdır…
***
Tezadlar.az qeyd edir ki, Sumqayıt şəhər Prokurorluğunun məlumatına görə, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mübarizə peşəkar səviyyədə aparılarsa, nəticə də səmərəli olacaq!
SƏBUHİ