İtaliyanın Baş naziri Giorgia Meloni İtaliyanın İsrail ilə müdafiə müqaviləsini dayandırdığını açıqlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “Corriere della Sera” məlumat verib.
“Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə müqaviləsinin avtomatik olaraq yenilənməsini dayandırmaq qərarına gəlib”, – deyə bildirilib.
Qeyd olunur ki, müqavilə 2005-ci ildə imzalanıb və hər beş ildən bir avtomatik olaraq yenilənir.
Müqavilənin dayandırılması İtaliyanın müdafiə naziri Guido Crosetto tərəfindən israilli həmkarı İsrael Katza göndərilən məktubda rəsmiləşdirilib.
Daha əvvəl hərbi analitik Skott Ritter ABŞ-ın İrana qarşı əməliyyatının Vaşinqtonun bütün əsas tərəfdaşlarını itirməsinə, NATO-nu faktiki olaraq “öldürməsinə” və ərəb ölkələrini uzaqlaşdırmasına səbəb olduğunu bildirmişdi.
E.ŞİRİNOV







