Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa liderləri Ankarada keçiriləcək NATO Zirvəsinə hazırlıq məqsədilə Berlində bir araya gəldilər.
Tezadlar.az xəbər verir ki, görüş Almaniyanın paytaxtında baş tutub. Liderlər Türkiyədəki sammitdə Ukraynaya davamlı dəstək mesajı göndərəcəklərini açıqlayıblar. Həmçinin müdafiə xərclərini artıracaqlarını da açıqlayıblar.
Beş aparıcı Avropa ölkəsi – Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya – Ankarada keçiriləcək NATO Zirvəsindən əvvəl Berlində bir araya gəliblər.
Avropa liderləri qitənin təhlükəsizlik və müdafiə ilə bağlı ortaq mövqeyini açıqlayan bir bəyanat yayıblar. NATO-nun baş katibi Mark Rutte də sammitə Vaşinqtondan qatılıb.
Bəyanatda Avropanın NATO daxilində daha böyük məsuliyyət daşıması və müdafiə xərclərini artırması zəruriliyi vurğulanıb ki, bu məqam ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid edilib.
Rusiyanın Avro-Atlantik təhlükəsizliyi üçün ən böyük və ən birbaşa təhdid olaraq qaldığı bildirilsə də, NATO-nun çəkindirmə və müdafiə qabiliyyətlərinin gücləndirilməsi barədə razılığa gəlinib. Merts Ankarada keçiriləcək NATO Zirvə Toplantısının iki həftə sonra keçiriləcəyini qeyd edərək, “Bu vacib zirvə toplantısını birlikdə uğurla keçirmək istəyirik. Bu, təhlükəli bir dövrdə təhlükəsizliyimizə xidmət edir, transatlantik münasibətlərimizi gücləndirir və bizi avropalılar olaraq bir araya gətirir” deyib.
O, əlavə edib: “Ərdoğana və digər tərəfdaşlara aparılan müzakirələr barədə məlumat verəcəyəm”. Beş lider həmçinin müdafiə sənayesində, o cümlədən hava hücumundan müdafiə sistemləri, pilotsuz nəqliyyat vasitələri, süni intellekt texnologiyaları və uzun mənzilli silah sistemləri sahəsində birgə istehsal və təchizat layihələrini sürətləndirmək qərarına gəliblər.
Əlbəttə ki, Ukrayna da müzakirə masasında olub. Liderlər Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıblar. Rusiyaya iqtisadi təzyiqin artırılması, sanksiyaların davam etdirilməsi və Ukraynanın enerji infrastrukturunun dəstəklənməsi ilə bağlı ortaq iradə nümayiş etdirilib.
E.ŞİRİNOV