14 İyul 2026 / 15:20

NATO zirvəsindən sonra diqqətçəkən qərar! İsraildə erməni qətnaməsi təxirə salındı

Təxminən bir ay əvvəl qəbul edilən İsrail hökumətinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qətnaməsi parlament səsverməsindən əvvəl qəfildən dayandırıldı.

Tezadlar.az xəbər verir ki, qərarın qəbul edilməsinin vaxtı bölgədə ABŞ-İran gərginliyinin pik həddi ilə üst-üstə düşməsi və Türkiyədə NATO Zirvəsindən dərhal sonra diqqət çəkdi.

PARLAMENT SƏSVERMƏSİ QEYRİ-MÜƏYYƏN TARİXƏ TƏXİRƏ SALINDI

İsrail hökumətin təsdiqindən cəmi bir ay sonra erməni iddialarının rəsmi tanınması ilə bağlı parlament səsverməsini qəfil dayandırdı.

İsrailli bir rəsminin sözlərinə görə, səsvermənin parlament iclasının bitməsindən əvvəl baş tutması gözlənilmir. Buna görə də, səsvermənin dayandırılması son qərardan bir neçə ay əvvəl gecikməyə səbəb ola bilər.

İsrail Knessetinin bu həftə sonu yay tətilinə çıxması və 27 oktyabr 2026-cı il tarixində keçiriləcək ümumi seçkilərə qədər toplanmayacağı, qərarın aylarla təxirə salına biləcəyi deməkdir.

SAAR SÜKUTU

Təklifini hökumətə təqdim edən və əvvəlcə onu “mənəvi borc” kimi təsvir edən İsrailin xarici işlər naziri Gideon Saar geri çəkilmə qərarından sonra susub.

Qərarın qəbul edilməsinin vaxtı, ABŞ və İran arasında bölgədə artan gərginliklə və Türkiyədə keçirilən NATO Zirvəsindən sonra baş verməsi də diqqətçəkəndir.

TÜRKİYƏ VƏ AZƏRBAYCANDAN REAKSİYA

Baş nazir Benyamin Netanyahu əvvəllər “soyqırım” terminini açıq şəkildə istifadə etmişdi. Lakin Knesset hələ rəsmi olaraq bunu tanımamışdı.

Ötən ay Ankara ilə münasibətlərin sürətlə pisləşməsi kontekstində İsrail hökuməti daha bir addım atmaq qərarına gəldi. Türkiyə qərarı “siyasi motivli” adlandırdı. Azərbaycan da İsrail hökumətinin qərarına reaksiya verdi və Qüds administrasiyasından bu addımı geri götürməsini tələb etdi.

“REGİONAL TARAZLIQLAR ROL OYNAYIB”

Səsvermənin dayandırılması bölgənin yeni bir qeyri-sabitlik dövründən keçdiyi bir vaxtda İsrail hökumətinin Ankara və Bakı ilə gərginliyi məhdudlaşdırmaq cəhdi kimi şərh olunur.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!