Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran dronları tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanının vurulması şiddətlə qınanılmalı bir hadisədir. Bu, beynəlxalq hüququn pozulması deməkdir, qonşuluq siyasətinin pozulması deməkdir və Azərbaycanın mövqeyi qarşısında İranın qeyri-adekvat davranışıdır.
Tezadlar.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
“Şübhəsiz ki, Azərbaycan hüququ dövlətdir, güclü dövlətdir. Azərbaycan öz ərazisini və öz xalqın təhlükəsini qorunmağa qadir bir dövlətdir. Bu cür məsələlərdə də Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək, bu cür törədilmiş hallara qarşı qətiyyətli mövqe nümayiş etdirəcək bir dövlətdir. İranın bu hərəkətinə qarşı Azərbaycan cavab vermək hüququnu özündə saxlayır”, – deyə deputat əlavə edib.