Naxçıvan Dövlət Universitetinin bazasında İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsü çərçivəsində prototipləşdirmə laboratoriyasının açılması planlaşdırılır.
Bu barədə Tezadlar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Rəşad Xalıqov məlumat verib.
“Burada tələbələr və sahibkarlar öz məhsullarını hazırlaya və sınaqdan keçirə biləcəklər”, – o, bildirib.
R.Xalıqovun sözlərinə görə, Agentlik həmçinin texnologiyayönümlü startapların inkişafına töhfə verəcək oxşar laboratoriyanın yaradılması ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə danışıqlar aparır.
“Bu laboratoriyanın 2025-ci ildə fəaliyyətə başlayacağı gözlənilir”, – R.Xalıqov qeyd edib.
Bu il Naxçıvanda İnnovasiya Mərkəzinin açılışı da planlaşdırılıb.







