Əsas məzmuna keç

NAXÇIVANDA ÖZƏL SEKTORDA ƏMƏK MÜQAVİLƏLƏRİNİN SAYI 3,6 DƏFƏ ARTIB

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Tezadlar.az xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il oktyabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 73,8 faiz və ya 4.712 vahid artıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…