Sirr deyil ki, elm və təhsil ocaqlarına fəaliyyətinə və ixtisaslaşma, eləcə də tabeliyinə görə “universitet”, “akademiya”, “institut” adı verilir. Amma elələri var ki, bu ada uyğun heç bir fəaliyyəti yoxdur. Bu uyğunsuzluq keçmiş dövrlərdə olduğu kimi, indi də davam edir. Görünür elm və təhsil naziri Emin Əmirullayevi də narahat etməkdədir. Nazirin “Biz qurumlara “universitet”, “akademiya”, “institut” kimi adların verilməsinə yenidən baxmalıyıq”, -deməsi də təsadüfi deyil. Naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı AMEA-nın prezidenti İsa Həbibbəylinin diqqətinə bunu deməklə, görünür, həm də bildirmək istəyib ki, AMEA nəzdində nə qədər fəaliyyətsiz institutlar var. Dövlət büdcəsindən bu institutlara havayı yerə pul ayırmağa dəyərmi?. Nazir əlavə edib: “Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını “institut”dan dəyişib “universitet” edəndə ölkədə elm inkişaf etmiş olmur”.
Bəli, bizdə alimlər var, amma onların məhsuldar elmi yoxdur. Dövlət isə onlara bu adı daşıdıqlarına görə hər ay təqaüd verir…
A.Məmmədli