Əsas məzmuna keç

Nazir maaşlarla bağlı qadınları narahat edən gender bərabərliyindən danışıb

“…Müəyyən vergi güzəştləri edilsə, şirkətlər də çalışar ki, xanımları yüksək vəzifəyə təyin etsinlər.”

Qadın və kişi eyni vəzifədə çalışırsa, onların maaşının eyni olması istiqamətində tələblər qoymalıyıq.

TEZADLAR.AZ xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu tələb 2018-ci ildə Skandinabiya ölkələrində qanunvericilik səviyyəsində qoyulub.

“Nəinki cəzalandırma tədbiri, daha çox təşviqedici tədbirlər görülməlidir. Məsələn, müəyyən vergi güzəştləri edilsə, şirkətlər də çalışar ki, xanımları yüksək vəzifəyə təyin etsinlər”, – o deyə nazir müavini qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…