…Bayırşəhərdəki söküntü ilə əlaqədar İnsan Hüquqları üzrə Müvəkkil vətəndaşların çikayəti əsasında 09 iyun 2026-ci il tarixində Nazirlər Kabinetinə rəsmi müraciət ünvanlayıb. Bayırşəhər sakini və hüquq müdafiəçisi Zahidə Əzizova “Təzadlar”a bildirdi ki, bu günədək məktuba cavab verilməməsi həm İnsan Hüquqları üzrə Müvəkkilə hörmətsizlikdir, həm də sakinlərə. Sitat: “…Bəlkə başqa nəsə var?
Bəlkə qaydalar belədir? Bəlkə, bəlkə, bəlkə… Bəlkələr bitmir amma, Bayirsəhər quldurcasina məhv edilir. Sakinlərin evləri əşyaları qarışıq içərisində yaşadıqları halda vəhşicəsinə dağıdılır. Qanunlara təcavüz edilir.
Aidiyyatı qurumlar iflic vəziyyətindədir. Ay harayyyyyy, kimsə yoxmuuuuuu səs verin səsimizə. Azərbaycan Dövlətdir! Heç kimin haqqı yoxdur Dövləti özfəaliyyət dərnəyinə cevirməyə! Heç kimin haqqı yoxdur dinc sakinlərə amansız zülm etməyə! Dövlətimizin mükəmməl atributları var! Konstitusiyası, digər qanunları var! Heç bir qanunda Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılova TOXUNULMAZLİQ statusu verilməsi əks olunmadığı halda, de-fakto o, artıq toxunulmazdır. Sakinləri kim vəhşiliklərdən xilas etməlidir?”.
Təəssüfləndirici haldır.