Əsas məzmuna keç

“Neftçi” – “Qarabağ” matçının start saatı və hakimləri bəlli oldu

aedc f dae bababd

Misli Premyer Liqasının XXI turundan təxirə salınan “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.

Tezadlar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 30-da “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…