Əsas məzmuna keç

Nəriman ABŞ-dakı karyerasında ilk dəfə meydanda 90 dəqiqə qaldı və…

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.

Tezadlar.az xəbər verir ki, onun komandası 1/16 finalda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman ABŞ klubunda ilk dəfə oyuna start heyətdə başlayıb. O, sona qədər meydanda olub. 22 yaşlı hücumçu ilk qolun vurulmasında iştirak edib. Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

1/8 finala yüksələn “Kolumbus Kryu”nun rəqibi “One Knoksvill” olacaq. Oyun aprelin 30-da keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…