Əsas məzmuna keç

Nəriman Axundzadə ABŞ- da üzümüzü ağartdı- BAX BELƏ

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb. Tezadlar.az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında “Riçmond Kikers” klubuna qarşı matçda əvəzlənmədən meydanda olub. 21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…