Əsas məzmuna keç

Nəriman Axundzadənin çıxış etdiyi matçda komandası xalsız qaldı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.

Tezadlar.az xəbər verir ki, sözügedən komanda 11-ci turda öz meydanında “Minnesota” ilə qarşılaşıb və 2:3 heabı ilə uduzub.

Meydan sahibləri hesabda 2:0 öndə olsalar da, qonaqlar 3 qol vuraraq əzmkar qələbə qazanıblar.

Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində – bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.

“Kolumbus Kru” – “Minnesota” – 2:3

Qollar: Habron, 31, Pikard, 56 – Yeboh, 59, 66, Markaniş, 74

“Kolambus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…