Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına ciddi yanaşdığını bildirib və ABŞ-ın diqqətini Türkiyə liderinin ritorikasına cəlb etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, “The Times of Israel” qəzeti onun sözlərini sitat gətirir:
“Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə çağırmadığı bir gün yoxdur. Biz bu sözləri çox ciddi qəbul edirik. Çünki xalqımızın tarixindən bir şey öyrənmişiksə, o da odur ki, kimsə sizi məhv etmək niyyətində olduğunu deyəndə, bunu ciddi qəbul etməyə dəyər”, – deyə Netanyahu kabinet iclasında bildirib.
O, həmçinin Rəcəb Tayyib Ərdoğanın sözlərini qulaqardına vurmaq niyyətində olmadığını və onun sözlərinə “amerikalı dostlarımızı diqqət yetirəcəyini” bildirib.
Türkiyə lideri əvvəllər də İsraili dəfələrlə tənqid edib. Xüsusilə, Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə etdiyi çıxışında Qəzza zolağındakı vəziyyətin möminlər üçün bayramı kölgədə qoyduğunu bildirib və dünya müsəlmanlarını İsrail liderinə dərs verməyə çağırıb.
E.ŞİRİNOV