Əsas məzmuna keç

NETANYAHU ƏRDOĞANI TERRORU DƏSTƏKLƏMƏKDƏ İTTİHAM EDİB

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı terrora dəstək verməkdə ittiham edib.

Netanyahunun sözlərinə görə, İsrail Ərdoğanın mühazirələrini dinləmək fikrində deyil.

İsrailin baş naziri Türkiyə prezidentinin İsrailin terror dövləti olması ilə bağlı bəyanatına belə cavab verib. Ərdoğan həmçinin HƏMAS-ı legitim siyasi qüvvə adlandırıb.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…