Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın yer aldığı İranın süni intellektdən yaradılan şəklini paylaşıb.
Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Netanyahu “İran heç vaxt nüvə silahına sahib olmayacaq” deyə bildirib.
İranın süni intellektdən yaradılan şəklinin paylaşılması ABŞ-İran danışıqlarında razılaşmanın yaxınlaşdığına dair siqnallar fonunda diqqət çəkib.
Tramp və Netanyahunun ABŞ və İsrail bayraqları qarşısında təsvir olunduğu şəkildə yuxarıda qırıcı təyyarələr, aşağıda komandanlıq mərkəzi və arxa planda Yaxın Şərqin xəritəsi var.
ABŞ və İran arasında danışıqlarda razılaşmanın yaxınlaşdığı barədə açıqlamalar verilərkən, İsrail mənbələri Netanyahunun Livanın razılaşmaya daxil edilməsi ilə bağlı şübhələrini ifadə etdiyini və iki liderin İsrailin “hər hansı bir təhdidə qarşı bütün sahələrdə hərəkət azadlığına” sahib olması barədə razılığa gəldiyini iddia edib.
Trampın İranın nüvə proqramına son qoymayacağı və zənginləşdirilmiş uranından imtina etmədiyi təqdirdə razılaşmanı təsdiqləməyəcəyini dediyi iddia edilmişdi. Trampın Netanyahu ilə telefon danışığı da olduğu bildirilib.
E.ŞİRİNOV