Əsas məzmuna keç

Netanyahu Trampla əlaqələri barədə danışıb

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla demək olar ki, hər gün telefonla danışır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu İsrail siyasətçisi İranla münaqişədən bəri ilk mətbuat konfransında açıqlayıb.

Netanyahunun sözlərinə görə, Amerika lideri ilə söhbətləri açıq və ümumiyyətlə “sərbəst” keçir.

Mətbuat konfransı zamanı İsrailin baş nazirinə İranın yeni Ali Lideri Müctəba Xameneinin taleyi ilə bağlı planlar barədə də sual verilib, lakin o, şərh verməkdən imtina edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…