28 May 2026 / 20:56

Netanyahunun Qəzza ilə bağlı əmri: İşğal olunmuş ərazini 70%-ə qədər artırın

Netanyahu İsrail ordusuna Qəzza zolağında işğal etdikləri ərazini 70%-ə qədər artırmağı əmr etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Baş nazir Netanyahu Vadi Konfransı adlı tədbirdə iki ildən çoxdur davam edən Qəzza zolağının işğalı və Livana qarşı quru və hava hücumları barədə danışıb.

Qatil Netanyahu İsrail ordusuna Qəzza zolağında işğal etdikləri ərazini 70%-ə qədər artırmağı əmr etdiyini bildirib.

Atəşkəsə baxmayaraq, işğallarını genişləndirdikləri və hava hücumlarını davam etdirdikləri Livana toxunan Netanyahu İsrail quru qüvvələrinin ölkənin cənubundakı Litani çayının şimalını keçdiyini də açıqlayıb.

Netanyahu Livana qarşı hücumların daha da şiddətlənəcəyi ilə hədələyərək deyib: “İndi Beyruta hücum etdik, dünən Tirə hücum etdik. Hücum edirik və daha da şiddətlə hücum edəcəyik”.

Atəşkəsə baxmayaraq, İsrail ordusu bu gün Livanın paytaxtı Beyrutun cənubundakı Şuveyfat bölgəsinə hava hücumu həyata keçirib.

Bu arada, İsrail hərbi təyyarələri dünən Livanın cənubundakı Tir şəhər mərkəzinə və ətraf ərazilərə intensiv hava hücumları həyata keçirib.

Baş nazir Netanyahu 25 mayda orduya Livana hücumları artırmağı tapşırdığını bildirib.

İsrail atəşkəsə baxmayaraq, Qəzzanın işğalını genişləndirir

İsrailin Baş naziri Benyamin Netanyahu 15 mayda atəşkəsə baxmayaraq, Qəzza zolağının işğalını 60 faizə çatdırdıqlarını açıqlayıb.

İsrail ordusunun yardım təşkilatları ilə paylaşdığı xəritədə göstərilir ki, onlar 2025-ci ilin oktyabr ayında atəşkəs müqaviləsi çərçivəsində müəyyən edilmiş və Qəzza zolağının 53 faizini işğal edən “Sarı Xətt”i yeniləyiblər və bununla da fələstinliləri daha dar bir ərazi ilə məhdudlaşdıran yeni bir “Narıncı Xətt” yaradıblar.

Hazırkı “Sarı Xətt” ilə fələstinlilər Qəzzanın 47%-i ilə məhdudlaşıblar. Yeni sözdə “Narıncı Xətt” onların torpaqlarının daha 11%-nin İsrail tərəfindən işğal edilməsi və fələstinlilərin Qəzza zolağının 36%-ində ilişib qalması deməkdir.

İsrail ordusu təhlükəsizlik səbəblərini əsas gətirərək mülki şəxslərin “Sarı Xətt”ə yaxınlaşmasının qarşısını alır və hər gün onları getdikcə daha da kiçilən əraziyə doğru itələməyə davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!