Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Santos”un hücumçusu Neymar gələcəyi və klubla mümkün müqavilənin uzadılması ilə bağlı fikirlərini bildirib.
Tezadlar.az-ın xarici mətbuata istinadla xəbərinə görə, 33 yaşlı oyunçu hazırkı komandasında qalmaq istədiyini bildirib.
“Düzünü desəm, bilmirəm. Həqiqətən də bilmirəm. Bir neçə gün dincəlmək, özümə gəlmək və sonra gələcəyimə qərar vermək üçün vaxtım olmalıdır.
Amma mənim prioritetim həmişə mütləq “Santos”dur”, – Neymar söyləyib.
Qeyd etmək lazımdır ki, braziliyalı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-nə qədərdir.