16 İyun 2026 / 15:37

Nigar Köçərli məhkəmə iclasının videoyazısını tələb edir- SƏBƏB

Nigar Köçərli: Növbəti məhkəmə iclası yaxınlaşdıqca narahatlığım daha da artır. Əməliyyatdan zərər çəkən, ağır psixoloji travma alan bir insanın sonradan elə həmin xəstəxana tərəfindən məhkəməyə verilməsi və əlavə təzyiqlərlə üzləşməsi dəhşətlidir.
 Bu prosesdə məni məyus edən məqamlar çoxdur. Onlardan ən ağrılısı isə uşaqlıqdan bəri insanlara qarşı qorumağa çalışdığım güvən hissinin sarsılmasıdır.
Xəstəxana kamera görüntülərini təqdim etməkdən yayınır. Bir dəfə videoların üç aydan artıq saxlanılmadığını və silindiyini bildirirlər, başqa bir dəfə isə həmin məkanlarda ümumiyyətlə kameraların quraşdırılmadığını iddia edirlər.
 Məhkəmənin videogörüntülərin təqdim olunması barədə tələbini yerinə yetirmək əvəzinə, klinika çoxsaylı əməkdaşlarını şahid qismində məhkəməyə gətirməyə hazırlaşır.
Əvvəla, bu etik deyil. İşəgötürən öz işçilərini belə bir vəziyyətə salmamalıdır. Mən (əvvəl palatada, sonra isə cavabdan yayındıqlarına görə sosial şəbəkəmdə) öz üzləşdiyim vəziyyətə aydınlıq gətirilməsini istəmişəm, anesteziyanın niyə saatlarla vurulmadığını və digər sualları sorğulamışam. Bu suallara ən obyektiv cavabı isə məhz videogörüntülər verə bilər.
Ümumiyyətlə, əmək münasibətlərində olan işçilərin işəgötürənin tərəfi kimi məhkəməyə şahid qismində cəlb edilməsi obyektivliyin təmin olunması baxımından ciddi suallar yaradır. Çünki əmək müqaviləsi ilə çalışdığı müəssisədən və əməkhaqqından asılı olan şəxsin öz rəhbərliyinin və ya iş yerinin əleyhinə sərbəst şəkildə ifadə verməsi praktik olaraq mümkün deyil.
Bu baxımdan həmin işçilərin vəziyyətini də başa düşmək olar. Heç kəs iş yerini və dolanışıq mənbəyini risk altında qoymaq istəmir. Məhz buna görə də belə şahidlərin məhkəməyə cəlb olunması obyektiv həqiqətin üzə çıxarılmasına xidmət etmir. Obyektiv həqiqətin müəyyən edilməsi üçün ən etibarlı vasitə insanların yaddaşı və ya asılı vəziyyətdə verdiyi ifadələr deyil, hadisəni olduğu kimi əks etdirən maddi sübutlar, o cümlədən videogörüntülərdir.
Şahbaz bəy sonuncu iclasda klinika əməkdaşlarının şahid kimi cəlb edilməsinə etiraz edərkən çox yerində bir fikir səsləndirdi:
“Bakı balaca şəhərdir. Sabah toylarda, məclislərdə, küçədə məni görüb ‘bağışla, o vaxt yalan danışmağa məcbur oldum’ deməsinlər.”
Sabah saat 10:00-da Nəsimi Rayon Məhkəməsində növbəti iclas baş tutacaq. İclas açıq keçiriləcək. İştirak etmək istəyənlər buyurub qatıla bilərlər.
RU
Чем ближе следующее судебное заседание, тем сильнее растёт моя тревога. Страшно осознавать, что человек, пострадавший в результате операции и переживший тяжёлую псих. травму, впоследствии оказывается ответчиком в суде по иску той самой больницы и сталкивается с доп. давлением.
В этом процессе мне больно от многих вещей. Но самое болезненное — это утрата чувства доверия к людям, которое я старалась сохранять с самого детства.
Больница уклоняется от предоставления записей с камер видеонаблюдения. То утверждается, что видеозаписи хранятся не более 3 месяцев и были удалены, то — что в этих помещениях камеры вообще не были установлены.
Вместо того чтобы исполнить требование суда о предоставлении видеозаписей, клиника готовится привлечь в качестве свидетелей большое количество своих сотрудников.
Прежде всего, это неэтично. Работодатель не должен ставить своих сотрудников в подобное положение. Я просила дать разъяснения по поводу произошедшего со мной — сначала в палате, а затем, после того как мои вопросы остались без ответа, в соцсетях. Я задавала вопросы о том, почему анестезия не была проведена в течение нескольких часов, и тд. Наиболее объективные ответы на эти вопросы могут дать именно видеозаписи.
В целом привлечение работников, состоящих в трудовых отношениях с одной из сторон процесса, в качестве свидетелей вызывает серьёзные вопросы с точки зрения обеспечения объективности. Человеку, чьё материальное благополучие зависит от работодателя, практически невозможно свободно давать показания, которые могут противоречить позиции руководства или нанести ущерб интересам организации.
В этом смысле можно понять и самих сотрудников. Никто не хочет рисковать своей работой и источником дохода. Именно поэтому привлечение таких свидетелей не способствует установлению истины.
Для установления объективной истины наиболее надёжным источником являются не воспоминания людей и не показания, данные в условиях зависимости, а мат. доказательства, в том числе видеозаписи, которые фиксируют события такими, какими они были на самом деле.
На последнем заседании Шахбаз, возражая против привлечения сотрудников клиники в качестве свидетелей, очень точно заметил:
«Баку — маленький город. Не хочу, чтобы завтра на свадьбах или просто на улице люди подходили ко мне и говорили: “Извини, тогда меня заставили солгать”».
Завтра в 10:00 в Насиминском районном суде состоится очередное заседание. Заседание будет открытым. Все желающие могут присутствовать.
As the next court hearing approaches, my anxiety continues to grow. It is deeply distressing that a person who suffered harm during surgery and endured severe psychological trauma is later sued by the very hospital involved and subjected to additional pressure.
There are many aspects of this process that have left me heartbroken. The most painful of all is the loss of the trust in people that I have tried to preserve since childhood.
The hospital continues to avoid providing the CCTV footage. At one point, they claimed that the recordings are stored for no more than three months and had already been deleted. On another occasion, they stated that there were no cameras installed in those areas at all.
Instead of complying with the court’s request to provide the video recordings, the clinic is preparing to bring numerous employees to court as witnesses.
First and foremost, this is unethical. Employers should not place their staff in such a position. I have sought clarification about what happened to me — first while I was still in the hospital room and later on my social media platforms after my questions went unanswered. I have asked why anesthesia was not administered for several hours and raised other important concerns. The most objective answers to these questions can be found in the video footage.
More broadly, the involvement of employees as witnesses on behalf of their employer raises serious concerns about impartiality. It is practically impossible for someone whose livelihood depends on their employer to testify freely against the interests of their management or workplace.
In this respect, it is also possible to understand the employees’ position. No one wants to risk their job or source of income. That is precisely why relying on such testimony does not help establish the objective truth.
To determine the facts objectively, the most reliable evidence is not human memory or statements made under conditions of dependency, but material evidence — including video recordings that capture events as they actually occurred.
At the last hearing, Shahbaz bey, objecting to the clinic’s attempt to call its employees as witnesses, made a powerful remark:
“Baku is a small city. I don’t want people to approach me tomorrow at weddings, social gatherings, or on the street and say, ‘I’m sorry, I was forced to lie back then.’”
The next hearing will take place tomorrow at 10:00 a.m. at the Nasimi District Court. The hearing will be open to the public, and anyone who wishes to attend is welcome to do so.
Təqdim etdi: SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!