Əsas məzmuna keç

Nigeriyada neft oğurlamağa cəhd edərkən zəhərlənmədən 37 nəfər ölüb

Nigeriyanın neftlə zəngin Rivers əyalətində neft oğurlamağa cəhd edərkən zəhərli qazdan nəfəs alaraq 37 nəfərin öldüyü bildirilib.

Tezadlar.az xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə Okrika Rivers Ştatının Yerli Hökumət Bölgəsindəki Okari körpüsündə baş verib.

Çox sayda insan neft boru kəmərinə qoşularkən zəhərli qaz sızması baş verib və zərərçəkənlər zəhərlənib.

Hadisədə ən azı 37 nəfər ölüb, huşunu itirənlər isə çaya düşərək yoxa çıxıb.

Zəhərlənmədən sağ qalanların bəziləri tənəffüs çətinliyi səbəbindən xəstəxanaya aparılıb.

Rivers Ştat Polisinin sözçüsü Aqabe Blessinq Karbalo ölən və zəhərlənənlərin neft oğurlamağa cəhd etdiklərini bildirib.

Karbalo hadisə ilə bağlı araşdırmanın başlandığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…