Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə qarşı sərt bəyanatlar verərək, siyasi rəqiblərinin parlament mandatlarını qəbul etməkdən imtina etməsinin “100% legitimliyə” malik parlamentin formalaşmasına səbəb olacağını bəyan edib.
Baş nazir bu açıqlamanı hökumət iclasından sonra keçirilən brifinqdə müxalifətin yeni Milli Assambleyada iştirak etməkdən imtina etməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən açıqlayıb.
“Əgər müxalifət mandatları qəbul etməkdən imtina edərsə, 100% legitimliyə malik parlamentimiz olacaq. Əks halda, parlament kürsüsündə başqa heç bir siyasi dəyəri təmsil etməyən pul kisələrini görməyə məcbur olacağıq, – deyə Paşinyan bildirib.
O, “yalnız üzvi səslər alan” yeganə siyasi qüvvənin hakim “Vətəndaş Müqaviləsi” Partiyası olduğunu deyib. Həmçinin vurğulayıb ki, digər siyasi qüvvələr “seçiciləri rüşvətlə ələ alaraq parlament baryerini aşıblar”.
JASMİN