Xəbər verdiyimiz kimi, Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti (bütün marşrut) 81 manatdan başlayacaq.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC açıqlamışdı. Lakin bəzi yerlərin qiyməti hələ də naməlum olaraq qalmaqdadır.
Bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Bakı – Tbilisi qatarındakı yerlərin çeşidilə bağlı ADY-nin indiyədək açıqladığı rəsmi məlumatlar bunlardır:
1. Keçmiş vaqonlarda olan klassik Plaskart yerlər olmayacaq.
2. 4 nəfərlik Kupe (indiki adı “Komfort”) olacaq, qiyməti 81 manatdan başlayacaq. Yəni mövcud təcrübəyə əsaslansaq, düşünmək olar ki, biletin alınma tarixi, həftəsonu və bayram günlərilə bağlı bu qiymətlər 81-120 manat arasında dəyişə biləcək.
3. Keçmiş 2 nəfərlik SV yerlər, indi 2 nəfərlik olmaqla “Komfort +” adlanacaq.
Hələlik ADY bu qiymətləri açıqlamayıb, qapalıdır.
4. Yeni “Lüks” vaqon da əlavə edilib, sanitar qovşaqla təmin edilən 2 nəfərlik bu Lüks yerlərin qiyməti də açıqlanmayıb.
Bu da hələlik qapalıdı…”, -deyə o, vurğulayıb.
JASMİN