Niyə vətəndaşkarımız müdrikləri deyil, kiber dələduzları eşidir?

Oxunma sayı: 435

Azərbaycan Daxili İşlər Nazirliyi dəfələrlədir vətəndaşlara müraciətində bildirir ki, kiber dələduzlardan uzaq durun, bank kartınızın məlumatlarını onlara göndərməyin.

Amma nə fayda, vətəndaşlar əməlləri ilə təsdiq edirlər ki, yox, onlar nazirliyi, hətta müdriklərimizin məşhur aforizmlərində deyilənləri belə deyil, kiber dələduzları eşitməkdə davam edəcəklər. Nəticədə hər gün onlarla vətəndaş bu dələduzların toruna düşür və aldadılır.

Yeri gəlmişkən, ta qədimdən bizdə belə bir ənənə var ki, filankəs qara gün üçün pul yığır! Hansı ki, bu pul çətin məqam üçün yığım deməkdir. Yaxud, ahıllarımız buna qocalıq yaşında “kəfən pulu” da  deyirlər. Bəli, bu yaxşı haldır ki, dünyadan köçən yerdə qalanlara problem yaşatmamaq üçün bu qərarını ortaya qoyur. Amma indi belə çıxır ki, vətəndaşlarımız “qara gün”ünü indidən qabaqlayır və həmin pulu kiber dələduzlara yem edir!

A.Məmmədli

Xəbəri paylaş

22 İyun