Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə I turun növbəti oyunları keçirilib. Tezadlar.az xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 görüş baş tutub.
Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya arasında oynanılıb. 3 saat sonra Moldova yığması Norveçi, Monteneqro isə Cəbəllütariq millisini sınağa çəkib.
Digər 3 matç isə saat 23:45-də start götürüb.
22 mart
I qrupu
21:00. Moldova – Norveç – 0:5
23:45. İsrail – Estoniya – 2:1
J qrupu
18:00. Lixtenşteyn – Şimali Makedoniya – 3:0
23:45. Uels – Qazaxıstan – 3:1
L qrupu
21:00. Monteneqro – Cəbəllütariq – 3:1
23:45. Çexiya – Farer adaları – 2:1.