29 Aprel 2026 / 18:38

Noyerin ÇL uğursuzluğu: İllər sonra eyni antirekord yeniləndi

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının antirekordunu təkrarlayıb.

Tezadlar.az xəbər verir ki, bu, yarımfinalının PSJ ilə ilk oyununda (4:5) qeydə alınıb.

Almaniyalı qolkiper qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib və hamısı qollarla nəticələnib. Beləliklə, Manuel Noyer turniridə nadir antirekordu təkrarlayıb.

“Opta”nın məlumatına görə, oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman “Çelsi”nin qapıçısı Ed de Qeye də “Barselona”ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!