O, 20 il ana olmağa çalışdığını etiraf etdi

Aktrisa ilk dəfə uşaq sahibi olmaq istəmədiyi ilə bağlı şayiələrə cavab verdi

Məşhur amerikalı aktrisa Cennifer Eniston analıq haqqında səmimi danışıb. Konkret olaraq “Dostlar” və “Səhər şousu”nun ulduzu 20 il ana olmağa çalışdığını etiraf edib.

Heç kimə sirr deyil ki, illərdir onun karyerasını seçdiyi üçün uşaq sahibi olmaq istəmədiyi barədə şayiələr yayılıb. Lakin “Harper’s Bazaar UK”-ə verdiyi yeni müsahibəsində 56 yaşlı aktrisa hamilə qalmağa çalışdığını etiraf edib.

Cenniferin dediyinə görə, o, gizli şəkildə IVF əməliyyatı keçirib və bu, uğursuz alınıb. Tezadlar.az xəbər verir ki, qadın dəfələrlə analıq mövzusu ətrafında ictimai və media təzyiqi ilə üzləşib və duyğularını belə təsvir edib: “Onlar mənim hekayəmi bilmirdilər, ailə həyatı qurmağa çalışarkən son 20 ildə nələr çəkdiyimi bilmirdilər. Çünki mən onlara tibbi problemlərim barədə danışmıram. Heç kimin işi deyil. Amma elə bir məqam gəlir ki, siz bunu görməməzlikdən gələ bilməzsiniz – necə uşağım olmayacağım, necə ailəm olmayacağım barədə hekayələr, çünki mən eqoistəm, işgüzaram. Bu mənə təsir edir – mən sadəcə insanam”.

Yeri gəlmişkən, aktrisa Bred Pittlə evli idi. Cütlük 2005-ci ildə boşanıb. Cennifer daha sonra aktyor Castin Teryu ilə münasibətə başlayıb. 2015-ci ildə evləniblər, lakin üç il sonra evlilikləri pozulub. Eniston hazırda hipnoterapist Jim Curtis ilə görüşür.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti