Əsas məzmuna keç

O, ABŞ-ın İranla münasibətləri yaxşılaşdırmaq istəyini bildirib

ABŞ-ın vitse-prezidenti J.D.Vens ABŞ-ın İranla münasibətləri yaxşılaşdırmaq istəyini bildirib.

“ABŞ daha yaxşı münasibətlər qurmaq istəyir, amma bunun baş verməsi üçün iranlılar hərəkət etməlidirlər. Əgər onlar əvvəllər qeyd etdiyimiz kimi hərəkət etməsələr, müqavilədən heç bir fayda əldə etməyəcəklər”, – deyə “RİA Novosti” onun sözlərini sitat gətirir.

Tezadlar.az xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla müqavilənin imzalandığını təsdiqləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei bildirib ki, İran və ABŞ liderləri artıq anlaşma memorandumu imzalayıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…