Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 22:56

Ölkə Ərazisində Yağıntılı Hava Şəraiti davam edir

Mayın 22-si saat 18:00-a olan faktiki hava məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti hələ də davam edir.

Bu barədə Tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.

Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.

Mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Daşkəsəndə 21, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, Gədəbəydə 14, İsmayıllı, Naftalanda 10, Sədərəkdə 9, Biləsuvar, Qəbələdə 8, Lerik, Qrız, Ağsu, Gəncə, Göygöldə 7, Bərdə, Mingəçevir, Naxçıvan, Şərurda 6, Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuzda 5, Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubadda 4, Beyləqan, İmişli, Şamaxı, Ağstafada 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kürdəmirdə 2, Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!