Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Tezadlar.az xəbər verir ki, bu haqda “Təsnim” agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, “Qadir” raketləri və yeni nəsil pilotsuz uçuş aparatları xəbərdarlıq məqsədilə ABŞ-nin “DDG-103” və “DDG-87” esminesləri istiqamətində buraxılıb.
Bəyanata əsasən, bundan sonra həmin esmineslər Hind okeanı istiqamətinə çəkiliblər.
İran ordusu xəbərdarlıq edib ki, ABŞ tərəfindən “dəniz quldurluğu”nun davam etdirilməsi halında gələcəkdə daha uzaqmənzilli raketlərdən istifadə oluna bilər.